İdman

Fariz Məmmədov: "İstədiyim hədəfə çatdım" - VİDEO - FOTO

6 Fevral 2016 23:04
7 Şərh     Baxış: 5 911
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İdmanda istədiyim hədəfə çatdım. Artıq boksda heç nə istəmirəm. Arzum bundan sonra millətə və dövlətə xidmət etməkdir".
Milli.Az "Report"a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın peşəkar boks tarixində ilk dəfə olaraq WBF (World Boxing Federation) və WBCA versiyalarında dünya çempionluğunu əldə edən Fariz Məmmədov deyib.
O, bildirib ki, artıq işini Azərbaycan Həvəskar Boks Federasiyasında davam etdirəcək. Fariz Məmmədovun sözlərinə görə, əgər ölkəmizdə Peşəkar Boks Federasiyası açılarsa, bu sahədə çox gözəl potensial mövcuddur. Çünkü Azərbaycanda çox perspektivli gənclər var.
Döyüşlə bağlı təəsuratlarını bölüşən boksçu deyib: "Səhvlərə də yol verdim. Boş zərbələr aldım. Əvvəlcə taktikanı düz qurmadım. Altıncı raundda toparlandım. Mən bilirdim ki rəqib 8-ci raundda döyüşə bilməyəcək. Amma çox təcrübəli boksçuydu".
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Fariz Məmmədov:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.