İdman

"Gözüm arxada qalmayacaq"

6 Fevral 2016 17:57
1 Şərh     Baxış: 702
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin "Hebei China Fortune" klubu Türkiyə millisinin müdafiəçisi Ersan Gülümü rəsmən təqdim edib. Yeddi milyon avro qarşılığında "Beşiktaş"dan "Hebei" komandasına keçən Ersan 3 il müddətinə müqaviləyə imza atıb və məvacibi ildə 10 milyon avro olacaq. Adıçəkilən kluba bu qış transfer olunanlar arasında Superliqada "Trabzonspor"un formasını geyinmiş Stefane Mbia da var.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Ersan Gülüm son olaraq "qara qartallar"ın azarkeşlərinə təşəkkürünü bildirib.

"Üç il Çində türk futbolu və "Beşitaş"ı tanıdıb ürəyimi ortaya qoyacam. "Beşiktaş" tək mənə deyil, gənc türk futbolçulara Avropaya açılan qapıdır. Gözüm arxada qalmayacaq. Çünki "Beşiktaş"ın Avropa səviyyəli heyəti var və bu klubu həmişə izləyəcəm. Ən böyük arzum bu il Avropa çempionatında milli komandanın forması ilə çıxış etməkdir. Çox çalışmaqla bu arzumu reallaşdıracam".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.