İdman

Avropada ilin transferi bu gözəl oldu - FOTO

6 Fevral 2016 15:15
1 Şərh     Baxış: 1 475
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hollivud ulduzu Naomi Vatts Uelsdə klub prezidenti olub.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, 47 yaşlı gözəl aktrisa "Qlantraet" klubuna rəhbərlik edəcək.

Klubun mətbuat katibi Stan Strikland Vattsla anlaşdıqlarını elan edib: "Bu, bizim üçün qürurverici hadisədi. Yaxın günlərdə o, klubu ziyarət edəcək və matçı izləyəcək".

Qeyd edək ki, Naomi Vatts 28 sentyabr, 1968-ci ildə İngiltərənin Kent şəhərində doğulub. Avstraliya əsilli aktrisa 7 yaşında atasını itirib. Bundan sonra anası ilə birlikdə Şimali Uelsə köçüb. 1982-ci ildə ailəsi ilə birlikdə Sidneyə gedərək Avstraliya vətəndaşlığını qəbul edib. İndiyədək Avstraliyada və "Hollywood"da çox sayda filmə çəkidən aktrisa çox sayda mükafat alıb. 

"Qlantraet" klubu 1984-cü ildə yaradılıb. Klub Uelsin 1-ci liqasında çıxış edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.