İdman

"Həmin vaxtlar da müxtəlif şaiyələr gəzirdi"

6 Fevral 2016 00:05
0 Şərh     Baxış: 1 338
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Zenit" fantastik start verdiyi Çempionlar Liqasında 1/8 finalın ilk görüşünə hazırlaşır. Rəqib son illər yolu Peterburq klubu ilə bir neçə dəfə kəsişən "Benfica"dır. Milli.Az goal.az-a istinadən xəbər verir ki, "piterlilər"in hücumçusu Halk bununla bağlı klubun saytına açıqlama verib.

"Təbii ki, hazırlıq oyunları ilə rəsmi matçlar arasında fərq böyükdür. Amma bu rejimə artıq alışmışıq. Bir qayda olaraq, qış təilindən qayıdıb ÇL və ya Avropa Liqası kimi nüfuzlu turnirlərdə oyun keçiririk. Qarşıda bizi "Benfica" ilə oyun gözləyir. Onlar, deyəsən, ardıcıl 11 oyunda uduzmurlar. "Benfica" yaxşı formadadır, indi güclü görünür. "Zenit"də bir çox futbolçular Portuqaliya klublarında çıxış edib. Bu, əlavə üstünlük ola bilər. İki iddialı komanda arasında çətin oyun olacaq".

Braziliyalı forvard bir neçə gün öncə "Guangzhou Evergrande" tərəfindən 30 milyon avroluq transfer təklifi barədə sualı da cavablandırıb.

"Porto"da 4 il çıxış etmişəm. Həmin vaxtlar da müxtəlif şaiyələr gəzirdi. Öz oyunuma diqqət yetirməyə, artırmağa çalışıram. Meydandan kənarda baş verənlərlə agentim məşğul olur. Əminəm ki, mənim üçün ən yaxşısını edirlər. Vəzifəm işimə davam etməkdir. Başqa kluba keçməyim üçün təklif əvvəlcə məni, sonra klubu qane etməlidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.