İdman

Cüdo Federasiyası 2015-ci ilə yekun vurdu

31 Dekabr 2015 22:38
1 Şərh     Baxış: 2 497
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda digər idman növləri kimi, cüdonun da inkişafına yüksək səviyyədə dövlət qayğısı göstərilir.

AZƏRTAC xəbər verir ki, elə bu səbəbdən cüdo idman növü ölkəmizdə yetərincə inkişaf edib. Dövlət qayğısının nəticəsidir ki, müstəqillik dövründə cüdoçularımız Olimpiya, dünya və Avropa çempionu adına sahib olublar.

Bu ilin sentyabr ayında Rövnəq Abdullayev Azərbaycan Cüdo Federasiyasının prezidenti seçildikdən sonra ölkə cüdosunda yeni inkişaf mərhələsi başlayıb, bu idman növünə göstərilən diqqət daha da artırılıb. Bu müddət ərzində cüdoçularımız bir neçə dəfə müxtəlif ölkələrdə təlim-məşq toplanışında olublar. Çempionatlarda, beynəlxalq turnirlərdə uğurla çıxış ediblər və ölkəmizə medallarla dönüblər. Bu yaxınlarda Bakı İdman Sarayında yeniyetmələr və böyüklər arasında Azərbaycan çempionatı keçirilib. Cüdonun ölkədə daha da kütləviləşməsi məqsədilə təşkil olunan bu yarışlarda paytaxt və bölgələrimizi təmsil edən 900-ə yaxın idmançı mübarizə aparıb. Bir sözlə, ilin ikinci yarısında daha çox nailiyyət qazanan idmançılarımız 2015-ci ili çoxsaylı medallarla başa vurublar.

Elə bu gün ilin yekununa dair cüdoçuların bir araya gəldiyi tədbirdə də bütün bu məsələlər ətraflı şəkildə müzakirə olunub, müxtəlif mövzularda təhlillər aparılıb. Növbəti ildə görüləcək işlər, atılacaq addımlar barədə müxtəlif fikirlər səsləndirilib və bu idman növünü daha da inkişaf etdirmək üçün fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb. Tədbirdə 2016-cı ilin cüdoçular üçün xüsusi əhəmiyyət daşıyacağı qeyd olunub və hədəf kimi Rio de Janeyroda təşkil olunacaq Yay Olimpiya Oyunları göstərilib. Cüdoçular qarşısında bu mötəbər yarışda xalqımızı daha böyük qələbələrlə sevindirmək tapşırığı qoyulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.