İdman

Van Damm azərbaycanlı idmançını təbrik etdi, Los-Ancelesə çağırdı - YENİLƏNİB - VİDEO

29 Dekabr 2015 14:28
19 Şərh     Baxış: 4 532
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:28

Dünya şöhrətli Hollivud aktyoru Jan-Klod Van Damm azərbaycanlı idmançı Zabit Səmədovu təbrik edib.

Oxu.az xəbər verir ki, Səmədov döyüşdə polşalı rəqibi Pol Slaviskini məğlub etdiyinə görə Van Damm ona təbrik görüntüləri yollayıb.

Z.Səmədov bu haqda "ATV xəbər"ə açıqlamasında deyib:

"Mənim üçün ən önəmli təbrik uşaqlıqdan izlədiyim, filmlərinə baxa-baxa məşq etdiyim Van Dammın təbriki oldu. Məni Los-Ancelesə dəvət edib, birlikdə məşq keçirməyi təklif etdi. Bildirdi ki, döyüşlərimi izləyir".

------------

11:47

Xəbər verdiyimiz kimi, məşhur azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədov Çeçenistanın paytaxtı Qroznı şəhərində "Qroznoy bitvı - 13" çərçivəsində döyüşdə əzəli rəqibi, Polşa əsilli avstraliyalı Pol Slavinskiyə qalib gəlib.

Milli.Az atv.az-a istinadən xəbər verir ki, idmançımızı bu qələbə münasibəti ilə təbrik edənlər arasında məşhur amerikalı aktyor Jan-Klod Van Damm da var. O, bu münasibətlə Zabit Səmədova zəng edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.