İdman

Sensasion iddia: "Qalatasaray" rusların olacaq?

28 Dekabr 2015 19:19
0 Şərh     Baxış: 1 876
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin ən böyük və məşhur futbol klublarından olan "Qalatasaray"ın keçmiş prezidenti Adnan Polad sensasion iddia ilə çıxış edib.

Ölkə.az xəbər verir ki, Adnan Polad Türkiyə futbolunun lokomitivi rolunu oynayan "Qalatasaray"ın rusların nəzarətinə keçə biləcəyindən narahat olduğunu bildirib.

""Qalatasaray"a rəhbərliyə gələndə klubun illik gəliri 60-70 milyon dollar idi. 2011-ci ildə mən klubu Ünal Aysala təhvil verəndə "Qalatasaray"ın illik gəliri 200 milyon dolları keçmişdi. Daha sonra Ünal Aysalın "Denizbank"la bağladığı müqavilədə adı çəkilən bank "Qalatasaray"a 200 milyon dollar kredit verib. 2030-cu ilə qədər "Denizbank" "Qalatasaray"a ödəmə müddəti verib. Bu dövr ərzində həmin bank "Qalatasaray"ın təsisçisi olan Sportif A.Ş-ni öz nəzarətinə keçirə bilər. Əgər nəzərə alsaq ki, "Denizbank"ın əsas hissələri Rusiyanın "Sberbank" bankına məxsusdur, onda ruslar istədikləri vaxt "Qalatasaray"ı öz əmlakları kimi müsadirə edə bilərlər", - deyə Adnan Polad bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.