İdman

"Qızıl top": Prosineçki Neymarı "yandırdı"

2 Dekabr 2015 10:26
1 Şərh     Baxış: 919
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçkinin 2015-ci ilin ən güclü futbolçusu adına kimi layiq hesab etdiyi bəlli olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 46 yaşlı çalışdırıcının "Qızıl top" mükafatının sorğusunda səs verdiyi "üçlük" açıqlanıb.

Prosineçki birinci pillədə "Barselona"nın argentinalı futbolçusu Lionel Messinin adını qeyd edib. Onun fikrincə, "Qızıl top"un 4-qat qalibi 5-ci dəfə eyni uğuru təkrarlamalıdır.

"Real"ın portuqaliyalı üzvü Kriştianu Ronaldunu ikinciliyə layiq görən Prosineçki siyahıda 3-cü olaraq "Bavariya"nın və Almaniya yığmasının oyunçusu Tomas Müllerin adını qeyd edib.

"Qızıl top" mükafatına son 3 iddiaçının adının açıqlandığını nəzərə alsaq, Prosineçkinin artıq 1 səhv etdiyini deyə bilərik. Belə ki, onun "bürünc mükafatçı"sı Müller "üçlük"dən kənarda qalıb. Əvəzində Messi və Ronaldu ilə birlikdə "Barselona"nın braziliyalı hücumçusu Neymar da "Qızıl top"a namizəddir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.