İdman

Mançini: "Hakim səhv qərar verdi"

1 Dekabr 2015 14:00
0 Şərh     Baxış: 650
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İnter"in baş məşqçisi Roberto Mançini A Seriyasının 14-cü turunda "Napoli"yə qarşı oyundan sonra (1:2) fikirlərini bölüşüb. 

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Mançini komandasının məğlubiyyətə layiq olmadığını bildirib.

"Güman edirəm ki, ilk 15 dəqiqə istisna olmaqla yaxşı oyun keçirdik. Kobud səhvə yol verib erkən qol buraxdıq. Amma sonra bərabər oyun getdi. Rəqib böyük problemlər yaratmadı. Naqatomonun meydandan qovulmasını absurd hesab edirəm. Hakim səhv qərar verdi. Çünki birinci qırmızı vərəqəni rəqibin simulyasiyasından sonra ona göstərmişdi. Amma bundan sonra da "Napoli" əks-hücumlarda oynadı. Oyun çətin alındı. Amma məğlubiyyətə layiq deyildik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.