İdman

Avropanın qol rekordları: ardıcıl 21 oyun

1 Dekabr 2015 10:33
0 Şərh     Baxış: 1 073
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hazırda bütün dünya Ceymi Vardinin ardıcıl 11 oyunda qol vuraraq İngiltərə Premyer Liqasında yeni rekorda imza atmasından danışır.

"Leyçester Siti"nin ingilis futbolçusu "Mançester Yunayted"lə son turun oyununda da fərqlənərək ardıcıl qol vurduğu oyunların sayını 11-ə çatdırdı. Bununla da o, Ruud van Nistelroyun 2003-cü ildəki 10 oyunluq rekordunu qırıb liderliyi ələ keçirdi. Vardi növbəti turda öz rekordunu qıra bilər.

Bəs başqa çempionatlarda ardıcıl qol vurmaq rekordları hansı futbolçulara məхsusdur? Milli.Az fanat.az-a istinadən onlardan bəzilərini təqdim edir.

İngiltərənin rekordu - 15 matç

Vardi Premyer Liqanın rekorduna sahib olsa da, İngiltərənin bütün liqalarının rekordçusu Stan Mortensendir. O, 1950/51 mövsümündə ardıcıl 15 oyunda fərqlənib.

Portuqaliya Premyer Liqasının rekordu - 10 matç

1937/38 mövsümündə "Sportinq"in Anqola doğumlu qolçusu Fernando Peyroteo ardıcıl 10 oyunda qol vurub. O, 10 oyunda 31 qola imza atıb.

İtaliya A Seriyasının rekordu - 11 matç

Qabriel Batistuta 1994/95 mövsümündə "Fiorentina" forması ilə üst-üstə 11 oyunda qol vurub.

Fransa Liqa 1-nin rekordu - 13 matç

1962/63 mövsümündə "Valensyenn"in formasını geyinən Serj Masnaqetti ardıcıl 13 oyunda rəqib qapıçıları məyus edib.

Almaniya Bundesliqasının rekordu - 16 matç

Alman futbolunun əfsanəsi Herd Müller 27 sentyabr 1969-cu ildən 3 mart 1970-ci ilə qədər ardıcıl 16 oyunda qol vurub. 

İspaniya La Liqasının rekordu - 21 matç

Bir çoх rekordlara imza atmış Lionel Messi 2012/13 mövsümündə 21 matçda rəqib qapıçıları məyus edərək La Liqanın rekordçusuna çevirilib. O, bu göstərici ilə güclülər dəstələrindəki rekordun sahibidir.

Türkiyə Super Liqasının rekordu - 9 matç

1962/63 mövsümündə Metin Oktay və 1995/96 mövsümündə Saffet Sancaklı ardıcıl 9 oyunda qol vurublar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.