İdman

"Ona istirahət verilməli idi"

30 Noyabr 2015 22:31
0 Şərh     Baxış: 751
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tyerri Anri Premyer Liqanın 14-cü turunda baş tutmuş "Norwich City" - "Arsenal" matçında qonaqların futbolçusu Aleksis Sançezin zədələnməsi bardə danışıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Aleksis 60-cı dəqiqədə əzələsini dartmış və Xoel Kempbellə əvəzlənmişdi. Goal.az xəbər verir ki, Anri cənubi amerikalı yarımmüdafiəçinin istirahətə ehtiyacı olduğunu bildirib.

"Əlbəttə, Sançezi ehtiyatda saxlamaq qərarını vermək çətindir. Çünki "Arsenal"a qələbə lazım idi. İstərdim ki, ÇL-da komandanın "Dinamo Zagreb"lə oyununa qayıdım. Sona 20 dəqiqə qalmış Sançezi əvəzləmək olardı. Çili millisində oyun keçirmək, 14 saatlıq yol uçmaq öz təsirini göstərir. Aleksis qol vursaydı, Venqer onu meydana buraxmaqda haqlı olduğuu deyə bilərdi. Amma çilili futbolçu zədələndi. Çünki ona istirahət verilməli idi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.