İdman

Daha bir futbol klubumuzda struktur dəyişdi

30 Noyabr 2015 14:52
0 Şərh     Baxış: 769
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə Azərbaycan I Divizionunda mübarizə aparan "Turan Tovuz" klubunda Müşahidə Şurası yaradılıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 5 nəfərdən ibarət Şuraya olimpiya növləri üzrə milli komandaların təlim-məşq mərkəzinin direktoru Oqtay Abdullayev sədr seçilib.

Üzvlər isə Tovuz rayon icra hakimiyyətinin Tovuz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Yaşar İbrahimov, iş adamı Oqtay Hümbətov, veteran futbolçu Zahid Əsgərov və Azərbaycan Dövlət Neft Akademiyasının kafedra müdiri Ramiz Allahverdiyevdir. İcraçı direktor funksiyası isə Azərbaycan millisinin və "Turan"ın sabiq hücumçusu Nadir Nəbiyevə həvalə olunub.

Qeyd edək ki, indiyədək Azərbaycan Premyer Liqasındakı bir neçə klubda Müşahidə Şurası yaradılıb. Amma "Turan Tovuz" bu addımı atan ilk I Divizion təmsilçisidir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.