İdman

İnfantino: "Məni Avropa dəstəkləyəcək"

30 Noyabr 2015 14:38
0 Şərh     Baxış: 412
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA-nın baş katibi Canni İnfantino fevralın 26-da FİFA prezidenti seçiləcəyi halda islahatlara başlayacağını bildirib. 

Milli.Az goal.az-a istinadən xəbər verir ki, İnfantino "Associated Press" agentliyinə bunları açıqlayıb:

"İslahatları təkcə razılaşdırmaq yox, həyata keçirmək də lazımdır. Bu səbəbdən elə ilk gündən, 27 fevraldan islahatları keçirmək lazımdır. UEFA-da gündəlik islahatın nə demək olduğunu görmüşəm. Bu, keyfiyyətli idarəetmə, maliyyə şəffaflığı, təklif olunan dəyişikliyin strukturunu əhatə edir. Şeyx Salmanın Asiya Konfederasiyasından dəstək alması təbiidir. Məni Avropa dəstəkləyəcək. Cənubi Amerika Konfederasiyası da mənə səs verəcək. Futbola gələcək barədə düzgün müzakirələr lazımdır. Konstruktiv dialoq apara bilsək, hər şey qaydasında olacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.