İdman

"Qəbələ"nin kapitanı qayıdır

30 Noyabr 2015 13:35
0 Şərh     Baxış: 738
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölkəmizi Avroliqanın qrup mərhələsində təmsil edən "Qəbələ" klubu ölkə çempionatında növbəti görüşünü bu gün "Rəvan"a qarşı keçirəcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, zədəli kapitan Luis Hilario Dodo PAOK-la Avrokubok görüşündə olduğu kimi, bu matçda da komandasına kömək edə bilməyəcək.

Ölkəsi Braziliyada müalicə olunan 28 yaşlı futbolçu sabah Azərbaycana qayıtmalıdı. Burda Maqnit Rezonans Tomoqrafiyasından (MRT) keçdikdən sonra Dodonun zədəsinin nə yerdə olduğu bilinəcək. Məhz MRT-in nəticəsinə əsasən, həkimlər təcrübəli yarımmüdafiəçiyə növbəti müalicə kursunu tətbiq edəcəklər.

"Qəbələ"nin heyətlə bağlı başqa problemi yoxdu. Zədəsini sağaldaraq, PAOK-la görüşdə iştirak edən Dmitri Bezotosnı Rafael Santos bu görüşə tam hazırdılar.

Qeyd edək ki, Dodo analoji səbəbdən ölkə çempionatının XIII turunda "Sumqayıt"la matçda (2:2) da komandasına kömək edə bilməmişdi.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.