İdman

Dünya boksunun yeni, qaraçı ulduzu - VİDEO - FOTO

30 Noyabr 2015 12:01
1 Şərh     Baxış: 1 945
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniyalı boksçu Tayson Fyuri ukraynalı Vladimir Kliçkonu məğlub edərək IBF, IBO, WBO və WBA versiyaları üzrə dünya çempionu tituluna yiyələnib.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Düsseldorfdakı döyüş 27 yaşlı Fyurinin 39 yaşlı Kliçko üzərində xal hesabı ilə üstünlüyü şəraitində başa çatıb.

Hakimlərin hesabları 115-112, 115-112, 116-111 olub.
V.Kliçkonun hesabında 68 döyüşdə 64 qələbə var. Fyuri isə 25 döyüşdə 25 qələbəyə nail olub.
Vladimir Kliçko son dəfə 2004-cü ilin aprel ayında məğlub olmuşdu. WBO versiyası üzrə vakant dünya çempionu titulu uğrundakı həmin qarşılaşmada o, amerkialı Laymon Büsterə texniki nokautla uduzmuşdu.

Qələbəsindən sonra rinqdə Fyuri "Aerosmith" qrupunun "I Dont Want to Miss a Thing" mahnısını oxuyub.
Qaraçı Tayson Furi homoseksualizm, abortlar və pedofiliyanın düşməni olduğunu deyir.
27 yaşlı boksçuya atası bu adı məşhur Mayk Taysonun şərəfinə verib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.