İdman

"Onların nə işi, nə də dostu olmamalıdır"

30 Noyabr 2015 00:24
0 Şərh     Baxış: 1 964
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Leicester City"nin 28 yaşlı hücumçusu Ceymi Vardi Premyer Liqanın ardıcıl 11 oyununda fərqlənməklə mütləq rekord sahibi olub. Milli.Az goal.az-a istinadən xəbər verir ki, ingilis forvardın bu nailiyyətindən sonra "The Daily Telegraph" nəşrinin jurnalisti Conatan Lyu facebook səhifəsindən maraqlı açıqlama ilə yadda qalıb.

"Hesab edirəm ki, irqçilər təqib olunmalı, onlara qarşı kəskin ictimai fikir formalaşmalıdır. Onların nə işi, nə də dostu olmamalıdır. Vardi indi heç yerdə oynamalı deyil. Bir halda ki ona bu, icazə verilir, Vardi ilk fürsətdəcə rasizmə qarşı çıxış etməli, ictimai təşkilatlarla əməkdaşlıq etməli, məktəblərdə çıxış edərək uşaqlara tolerantlıq və mədəni fərqləri anlatmalıdır. Və hər dəfə önündə kamera və ya mikrofon görəndə üzr istəməli, necə dəyişdiyi barədə danışmalıdır" - Lyu yazıb.

Qeyd edək ki, avqust ayında yayılan videoda Vardinin kazinolardan birində asiyalı şəxsə qarşı irqçi davranışı öz əksini tapmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.