İdman

İdmançılarımız 21 medal qazandılar

29 Noyabr 2015 20:40
2 Şərh     Baxış: 926
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran-Pri" beynəlxalq turniri başa çatıb.

Trend-in məlumatına görə, turnirdə 41 ölkədən dünyanın ən güclü 450-ə yaxın pəhləvanı mübarizə aparıb.

Son yarış günündə yunan-Roma güləşi üzrə 59, 66, 71, 75, 80, 85, 98 və 130 kq çəki dərəcələrində qaliblər müəyyənləşib.

59 kq-da çəki dərəcəsində mübarizə aparan güləşçimiz Eldəniz Əzizli koreyalı Yun Von Çolu 8:0 hesabı ilə məğlubiyyətə uğradaraq bürünc medala yiyələnib.

66 kq-da Kamran Məmmədov gümüş, Həsən Əliyev isə bürünc medal qazanıb.

Rüstəm Əliyev (71 kq) və Rafiq Hüseynov (80 kq) də finalda məğlub olaraq gümüş medalla kifayətləniblər.

Azərbaycanı 80 kq-da təmsil edən digər güləşçimiz Elvin Mürsəliyev və İslam Abbasov (85 kq) bürünc medal əldə ediblər.

Bu gün yığmamıza qızıl medal gətirən isə Şalva Qadabadze (98 kq) və Sabah Şəriəti (130 kq) olub.

Beləliklə, yunan-Roma güləşçilərimiz beynəlxalq turnirdə ümumilikdə 2 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıblar.

Xatırladaq ki, Qran-Pridə sərbəst güləşçilərimiz 3 qızıl, 4 gümüş və 4 bürünc, qadın güləşçilərimiz isə 1 gümüş medal qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.