İdman

"Rəhbərlikdən kimi isə almağı istəməyəcəm"

29 Noyabr 2015 21:50
1 Şərh     Baxış: 1 015
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo yanvar ayında forvard alacaqları ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis transfer almağı düşünmədiyini bildirib: "Hazırda noyabrdı. Biz öz işimizi necə yaxşılaşdırmaq haqqında düşünürük. Biz nə futbolçular, nə transferlər, nə də başqa xərclər haqda fikirləşirik. Vardi, Keynlə bağlı şayiələr sentyabrın 1-dən başlayıb və getdikcə artır. Mən hansı futbolçuları almaq mümkün olduğunu yaxşı bilirəm. Rəhbərlikdən kimi isə almağı istəməyəcəm. Vəzifəm əlimdə olan futbolçularla nəticə verməkdi. Hər şey klubun istəyindən və müxtəlif faktorlardan asılıdı. Mən transfer bazarı ilə maraqlanmıram".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.