İdman

Neymar: "Atam gələcəyim barədə danışıb"

29 Noyabr 2015 16:50
3 Şərh     Baxış: 989
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Neymar "Barcelona" ilə müqaviləsini yeniləməyə hazırlaşır. Goal.az xəbər verir ki, 23 yaşlı hücumçu "Real Sociedad" üzərində qazanılan qələbədən (4:0) sonra bu barədə açıqlama verib:
"Müqaviləmin başa çatmasına hələ bir neçə il var. Atam gələcəyim barədə danışıb. Onun vergi məsələsilə bağlı sözləri doğrudur. Amma danışıqlar gedir. Əlbəttə, yeni müqavilə imzalamaq istəyirəm. Komanda yoldaşlarıma qollar vurmaqda köməklik etmək istəyirəm".

Qeyd edək ki, bir neçə gün öncə Neymarın atası İspaniyada vergi orqanları ilə yaranmış problemin tez bir zamanda həllini tapmayacağı halda oğlunun başqa kluba keçmək ehtimalını yüksək dəyərləndirmişdi. Bundan sonra "Manchester United" yenidən "sambaçı"ya olan marağını canlandırmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.