İdman

"Bilirdik ki, artıq şansımız yoxdur"

29 Noyabr 2015 14:02
0 Şərh     Baxış: 1 067
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az "Qəbələ"nin müdafiəçisi Arif Daşdəmirovun futbolxeber.az-a müsahibəsini təqdim edir.

- PAOK-la qolsuz başa çatan oyunu necə dəyərləndirə bilərsən?

- Bərabər səviyyəli oyun keçdi. Qələbə qazanmaq istəyirdik. Əlimizdən gələni etdik. Fasilədən sonra rəqibdən daha üstün idk. Qol vurmaq üçün şanslarımız da rəqiblə müqayisədə daha çox idi. Lakin yararlana bilmədik. Məncə, heç-heçə də pis nəticə deyil.

- Yəqin ki, oyundan öncə "Krasnodar"ın qalib gəlməsi xəbəri komandanı məyus etdi...

- Hə, "Borussiya"nın məğlubiyyətinə görə məyus olduq. Bilirdik ki, artıq şansımız yoxdur. Bununla belə, baş məşqçi dedi ki, son iki oyunu udmalıyıq. Öz adımıza, klubun imicinə görə meydanda mübarizə apardıq. Çalışdıq ki, qələbə qazanaq.

- Öz oyunundan razı qaldın?

- Normal çıxış etdiyimi düşünürəm. Komandamın uğuru üçün əlimdən gələni etdim.

- Avropa Liqasının qrup mərhələsinin son oyununda "Krasnodar"la qarşılaşacaqsınız. Bu görüşdə nəyə ümid edirsən?

- Ancaq qələbəyə. Son oyunda mütləq üç xal qazanmalıyıq.

- Bunun üçün kifayət qədər motivasiyanız olacaq?

- Heç olmasa bir oyunu udub, azarkeşlərimizi sevindirməliyik. Buna görə də "Krasnodar"la oyunda motivasiya baxımından problemimiz olmayacaq.

- Sabah Premyer Liqanın XIV turu çərçivəsində "Rəvan"la qarşılaşacaqsınız. Gözləmək olar ki, "Qəbələ" bu oyunda qələbəsizlik seriyasına son qoyacaq?

- Həqiqətən də son oyunlarda qalib gələ bilmirik. Artıq 3 xal qazanmağın vaxtıdır. Qələbə qazanacağımıza inanıram.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.