İdman

"Mançester Yunayted"ə sürpriz iddiaçı

29 Noyabr 2015 13:32
0 Şərh     Baxış: 1 244
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bavariya"nın baş məşqçisi Xosep Qvardiola mövsüm bitdikdən sonra "Mançester Yunayted"ə keçmək nilyyətindədir. 

Milli.Az Sports-a istinadən bildirir ki, bu məlumatı The Telegraph yayıb.

Qəzetin iddiasına görə, 44 yaşlı mütəxəssis Münhen klubu ilə müqaviləni yeniləmək fikrində deyil və karyerasını İngiltərədə davam etdirmək istəyir. 

Qeyd olunur ki, mankunianlar Lui Van Qaalla yollarını ayıracaqları təqdirdə holland məşqçiyə 7 milyon funt kompensasiya ödəyəcəklər, çünki onun müqaviləsi 2017-ci ilin yayınadəkdir. 

Xatırladaq ki, 2012-ci ildə ser Aleks Fergüsson Qvardiolanı "Mançester Yunayted"ə dəvət etmiş, o isə "Bavariya"nı seçmişdi.

Qvardiolanın digər bir İngiltərə klubu, "Mançester Siti" ilə artıq razılığa gəldiyi barədə də xəbərlər yayılıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.