İdman

Daha bir baş məşqçi istefası

28 Noyabr 2015 11:41
1 Şərh     Baxış: 800
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Superliqasında daha bir baş məşqçi istefası reallaşıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Bursaspor" klubu baş məşqçi Ərtuğrul Sağlamla yollarını ayırıb.

Buna səbəb Superliqanın XIII turunda komandanın öz meydançasında "Kayserispor"a (1:2) məğlubiyyəti olub. Qarşılaşmadan dərhal sonra klubun İdarə Heyətinin iclası keçirilib və təcrübəli mütəxəssislə yolların ayrılması qərara alınıb. Yeni baş məşqçi gətirilənə qədər komandaya Ersel Üzgür rəhbərlik edəcək.

Qeyd edək ki, "Bursaspor" 13 turdan sonra turnir cədvəlində 12-ci pillədə qərarlaşır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.