İdman

Kamran Ağayevli "Karşıyaka" "zirzəmi"yə doğru

28 Noyabr 2015 10:42
1 Şərh     Baxış: 761
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan yığmasının əsas qapıçısı Kamran Ağayev Türkiyə çempionatında növbəti matçına çıxıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, onun formasını geyindiyi "Karşıyaka" PTT I liqanın XIII turunda "Dənizlispor"u qəbul edib.

Ağayevin çərçivədə durduğu matçda "Karşıyaka" növbəti məğlubiyyətini alıb. Rəqibin heyətində Rəcəb Niyaz (24-cü dəqiqə), Şenol Akın (32) və Çvetan Genkov (65) qapıçımızı məyus edib. Ev sahiblərinin təsəlli qoluna isə 85-ci dəqiqədə sabiq "İnter"li Aleksandr Amisulaşvili imza atıb - 1:3.

Bu məğlubiyyətdən sonra "Karşiyaka" 15-ci pillədə qalsa da, "Dənizlispor" onunla xalları bərabərləşdirib. "Şanliurfaspor" bu turda uduzmasa, Ağayevin komandası "təhlükəli zona"ya yuvarlanacaq.

Qeyd edək ki, 13 turdan sonra hərəyə 20 topla "Karşıyaka" və "Dənizlispor" ən çox qol buraxan komandadı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.