İdman

İdmançımız Latviyada gümüş medal qazandı

26 Noyabr 2015 21:00
0 Şərh     Baxış: 2 205
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

21-22 noyabr tarixlərində Latviyanın paytaxtı Riqada "Baltik Open 2015" adı altında Döyüş Növləri Olimpiyadası keçirilib. Kəpəz TV (Region TV) xəbər verir ki, beynəlxalq yarışda Azərbaycan Alpaqut Federasiyasının 6 üzvü qüvvəsini sınayıb.

37 ölkədən 2000-ə yaxın idmançının çıxış etdiyi yarışda Azərbaycan komandasının  tərkibində  Nizami Yurdunun təmsilçisi Anar Əsgərov da yer alıb. 79 kq çəki dərəcəsində Kikboksinqin kik-layt versiyasında döyüşən Əsgərov ölkəmiz adına qazanılan mükafatlarda pay sahibi olub. 

Gəncəli idmançı həlledici mərhələyədək manesiz irəlililəsə də, finalda latviyalı rəqibinə uduzaraq, "gümüş"lə kifayətlənib. Yeri gəlmişkən, yarışda 31 yaşını qeyd edən döyüşçü əldə etdiyi nailiyyətlə özünə doğum günü hədiyyəsi edib.  

Anar Əsgərov: "İlk öncə Estoniya, ardınca isə Polşa idmançısı ilə üz-üzə gəldim və hər iki görüşümü qələbə ilə başa vurdum. Finalda latviyalı həmkarlarımla qarşılaşdım, ağır mübarizə oldu. Təəssüf ki, ona qalib gələ bilmədim. İnşallah, gələn yarışlara daha ciddi şəkildə hazırlaşacağıq. Ümid edirəm ki, qarşıdakı yarışlarda çempion adına sahib ola biləcəm".

Riqada qazanılan uğur Anarın ilk belə nailiyyəti deyil. Əsgərov bundan öncə Rusiyada keçirilən kikboksinq və boks turnirlərin mükafatçısı olub. Uğura doymayan idmançı ilin sonuna kimi daha bir yarışda iştirak etmək arzusundadır.  

Anar Əsgərov: "Qarşıda boks üzrə Respublika çempionatı var. Dekabr ayının 25-i üçün nəzərdə tutulan birinciliyə qatılmaq haqda düşünürəm". 

Onu da qeyd edək ki, Latviyada Azərbaycan yığması Beynəlxalq Döyüş Növləri Olimpiadası tərəfindən ən yaxşı komanda heyəti nominasiyasına görə diplom və medalla təltif edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.