İdman

"Məğlubiyyətdən sonra baş məşqçini vəzifəsindən kənarlaşdırmaq bir az gülməlidir"

26 Noyabr 2015 12:52
0 Şərh     Baxış: 789
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycan millisinə məğlubiyyətdən sonra baş məşqçini vəzifəsindən kənarlaşdırmaq bir az gülməlidir".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiyanın futbol veteranı Aleksandr Mostovoy deyib.

Yığmasının və "Spartak"ın ulduzu kimi tanınan sabiq yarımmüdafiəçi 21 yaşadək futbolçulardan ibarət Rusiya millisinin baş məşqçi postundakı dəyişikliyə münasibət bildirib.

O, AVRO-2017-nin seçmə oyununda Azərbaycan yığmasına 0:3 hesabı ilə uduzduqdan sonra ciddi tənqid olunan, sonda vəzifəsindən azad edilən Dmitri Xomuxayla bağlı qərarı düzgün saymır.

Buna baxmayaraq, Mostovoy yığmanın Bakıdakı oyunundan da narazı qalıb: "Bu vəzifəyə təyinatı 3-4 oyunluq deyil, seçmə mərhələ üçün gerçəkləşdirirlər. Mən Bakıdakı qarşılaşmanın 1-ci hissəsini izləmişəm. Heç də ən güclü olmayan rəqibə qabiliyyətsizcəsinə uduzduq. Bunun mənfi reaksiyalar doğurması da məntiqlidir. Amma dərhal məşqçini çıxarmazlar. Ancaq belə hallara öyrəşmişəm. Bəzilərini təyin edib, tez də işindən azad edirlər, bəzilərini isə əksinə, saxlayırlar. Bunu artıq sakit qarşılamaq lazımdır".

Qeyd edək ki, SSRİ və Rusiya yığmasında ümumilikdə 65 oyun keçirən Mostovoy "Spartak"la yanaşı, "Krasnaya Presnya", "Benfika", "Kann", "Strasburq", "Selta" və "Alaves" klublarının da şərəfini qoruyub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.