İdman

7000-ci qol

26 Noyabr 2015 09:38
0 Şərh     Baxış: 887
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransanın PSJ klubunun futbolçusu Anxel de Mariya Çempionlar Liqasının tarixinə düşüb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, argentinalı yarımmüdafiəçi yarışın tarixində 7000-ci qolun müəllifi olub.

O, bunu qrup mərhələsinin V turunda gerçəkləşdirib. Anxel İsveç "Malmö"sü ilə qarşılaşmada fərqlənərək, yubileyi rəsmiləşdirib.

Qeyd edək ki, V tur fransalı Patris Evra üçün də əlamətdar olub. İtaliya "Yuventus"unun müdafiəçisi "Mançester Siti" ilə görüşdə qitənin ən nüfuzlu turnirində 100-cü matçına çıxıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.