İdman

"Onlar daha baxımlı oynamağa çalışırlar"

25 Noyabr 2015 22:42
0 Şərh     Baxış: 910
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real"ın sabiq baş məşqçisi Karlo Ançelotti "Atletico"nun çalışdırıcısı Diyeqo Simeone və komandası barədə fikirlərini bölüşüb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Ançelotti argentinalı həmkarının futbolçuları motivasiya etmək bacarığını qeyd edib.

"Simeonenin dahiliyi ondadır ki, rəhbərlik etdiyi istənilən komanda motivasiyalı olacaq. Mövsümün əvvəlində "Atletico"nun eyni ritmdə oynaması sual altında idi. Baxmayaraq ki, fiziki cəhətdən komanda çətinlik çəkir, onlar bunun öhdəsindən gəlir. Simeone futbolçuları necə motivasiya etməyi bilir. "Atletico" komanda birliyinə görə rəqabətədavamlıdır. Bu komandadan "hədiyyə" gözləmək lazım gəlmir. Onlar ilk dəqiqələrdən aktiv oyun göstərirlər. "Real"a rəhbərlik edəndə "Atletico" ilə oyunlarda əsas problem onların inanılmaz konsentrasiası, oyun ritmi, fiziki və müdafiə təşkili olurdu. Son mövsümə qədər Simeonenin komandasını bu xüsusiyyətlərə görə fərqləndirmək olardı. İndi "Atletico" bir qədər dəyişib və çətinliklər meydana çıxıb. Onlar daha baxımlı oynamağa çalışırlar. Madrid klubunun son aylardakı matçlarını izləmişəm. Komanda yerlə topa nəzarət etməyə çalışır ki, Korrea, Karrasko və Fernando Torres güclü tərəflərini göstərə bilsinlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.