İdman

"Belə hallar bizim ziyanımızadır"

25 Noyabr 2015 18:24
0 Şərh     Baxış: 757
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov sabah keçiriləcək "Qarabağ" - "Tottenhem" oyunu öncəsi mətbuat konfransı keçirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, baş məşqçi futbolçularına inandığını bildirib. 

- Yaxşı komandaya qarşı oynayacağımızı bilirik. Rəqib pik formasındadır. Matçın mahiyyətini bilirik. Çalışmalıyıq ki, düzgün və səhvsiz oynayaq. Futbolçularıma inanıram. Oyunçular məsuliyyəti hiss edirlər. Bizdən çox şey gözlənilir. Bunu dərk edirik.

- Rəqib 7 əsas futbolçusunu gətirməyəcək. Bunu "Qarabağ"ın xeyrinə saymaq olar?

- Açığı, Bakıya kimlərin gələcəyini bilmirəm. Rəqibin heyətində eyni səviyyəli futbolçular çoxdur. "Tottenhem" böyük klubdu, futbolçuları çoxdu, rəqabət güclüdü. Belə hallar, əksinə bizim ziyanımızadır. Çünki belə olanda rəqib daha istəkli olur.

- Rəşad Sadıqovun meydana çıxmaq ehtimalı var?

- Ola bilər bəzi dəyişikliklər oldu. Amma avrokuboklarda böyük dəyişikliklər çox etmirik. Belə matçlarda təcrübə və daimi bir yerdə çıxış edən futbolçuların oynamağı lazımdır. Rəşadın vəziyyətinə sabah aydınlıq gələcək. Amma oynamaq ehtimalı var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.