İdman

Millimizin oyununda stadion bomboşdur - FOTO

13 Oktyabr 2015 23:09
4 Şərh     Baxış: 1 663
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Avro-2016"nın seçmə mərhələsinin bu gün keçiriləcək Bolqarıstan - Azərbaycan oyununa maraq çox azdır.

Milli.Az qol.az-a istinadən bildirir ki, oyunun başlanmasına bir saat qalmışa qədər stadionun tribunalarının boş olması diqqət çəkib. İlkin hesablamara görə, matça 1 saat qalmışa qədər tribunaya heç 100 azarkeş toplaşmayıb.

Qeyd edək ki, oyuna marağın az olması səbəbsiz deyil. Bu matç meydan sahibi Bolqarıstan üçün faktiki olaraq heç bir əhəmiyyət kəsb etmir. Komanda onsuz da "Avro-2016"ya getmək şansını itirib. Bu səbəbdən meydan sahiblərinin baş məşqçisi millimizlə oyuna daha çox gəncləri buraxacağını bildirib.

Əlavə edək ki, bu oyunda millimiz qalib gələrsə, bolqarları geridə qoyaraq qrupu dördüncü yerdə tamamlayacaq.
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.