İdman

Keyn: "Özümüzlə fəxr edirik"

13 Oktyabr 2015 13:19
0 Şərh     Baxış: 413
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az goal.az-a istinadən xəbər verir ki, İngiltərə millisinin hücumçusu Harri Keyn Litva üzərində qazanılan qələbədən sonra (3:0) komandasının xal itirmədən Avropa çempionatına vəsiqə qazanmasına münasibət bildirib.

"Komanda və bütün personal üçün parlaq nəticədir. Özümüzlə fəxr edirik. Təbii ki, heç kim xəyallar aləmində deyil. Qarşıda güclü rəqiblərlə yoldaşlıq oyunları bizi gözləyir. Dünyanın ən yaxşı komandaları ilə sparrinqdə özümüzü göstərmək istəyirik. Litvanın qapısına bir neçə dəfə zərbə endirdim. İşləməyə davam edirəm. Qollar mütləq gələcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.