İdman

"Son turda Azərbaycana qalib gələcəyik"

13 Oktyabr 2015 13:03
0 Şərh     Baxış: 461
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bolqarıstan yığmasının futbolçusu Jivko Milanov AVRO-2016-nın seçmə mərhələsində bu gün evdə Azərbaycan millisinə qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bildirib.

Goal.az xəbər verir ki, Rusiyanın "Tom" klubunun müdafiəçisi ölkəsinin mətbuatına belə açıqlama verib:

"Ardıcıl 3 oyunda uduzmağımız yaxşı hal deyil. Xorvatlara qarşı pis oynadıq. Rəqib üstünlüyü tamamilə ələ keçirmişdi. Komandamızda yaxşı futbolçularımız var. Lakin düşünürəm ki, bizdə özünəinam yoxdur.

Komandaya güvənməlisən və meydana böyük inamla çıxmalısan. Qarşıda Azərbaycanla oyunumuz var. Ümid edirəm ki, seçmə mərhələnin son turunda Azərbaycana qalib gələcəyik. Mən özümə güvənirəm və həmin oyunda bütün gücümü ortaya qoyacam".

"Vasil Levski" stadionunda keçiriləcək Bolqarıstan - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.