İdman

Premyer Liqamızda iki oyunun vaxtı dəyişdi

13 Oktyabr 2015 12:35
0 Şərh     Baxış: 413
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Liqasının qrup mərhələsində çıxış edən "Qəbələ" klubu Peşəkar Futbol Liqasına (PFL) müraciət edərək, Premyer Liqanın VIII turunun "Neftçi" - "Qəbələ" matçının bir gün tez keçirilməsini xahiş edib.

Qol.az-ın xəbərinə görə, bu haqda PFL-in saytı məlumat yayıb.

Bildirilir ki, "Qəbələ"nin mötəbər turnirdəki çıxışını və canlı yayımı nəzərə alan PFL  VIII turun oyun cədvəlində dəyişiklik edib. "Neftçi" - "Qəbələ" matçı 18 oktyabr 2015-ci il tarixindən 17 oktyabr 2015-ci il tarixinə keçirilib. Canlı yayımla əlaqədar olaraq "Sumqayıt" - "İnter" matçı 17 oktyabrda deyil, 18 oktyabr tarixində baş tutacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.