İdman

Millimiz İtaliyaya uduzdu - YENİLƏNİB - VIDEO - FOTO

10 Oktyabr 2015 23:01
12 Şərh     Baxış: 5 383
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

23:01

"Avro-2016"nın seçmə mərhələsində 9-cu turun oyunları  davam edir.

Milli.Az qol.az-a istinadən bildirir ki, H qrupunda mübarizə aparan milli komandamız da bu gün növbətini matçına çıxıb.



Robert Prosineçkinin rəhbərlik etdiyi yığmamız Bakıda İtaliya millisini qəbul edib. Qarşılaşma qonaq komandanın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu qalibiyyətlə İtaliya millisi "Avro-2016"nın final mərhələsinə vəsiqəni təmin edib.



Millimiz isə baş məşqçi Robert Prosineçkinin rəhbərliyi altında ilk dəfə rəsmi oyunda uduzub. Milli komandamız ardıcıl 4 oyun idi uduzmurdu.

10 oktyabr

"Avro-2016"nın seçmə mərhələsi, 9-cu tur

H qrupu

21:00. Azərbaycan - İtaliya - 1:3 
Qollar: 
Eder, 11 (0:1), Dmitri Nazarov, 31 (1:1), Stefan El-Şaaravi, 43 (1:2), Darmian, 65 (1:3)
Qırmızı vərəqə: Bədavi Hüseynov, 88 (Azərbaycan)
Baş hakim: Uilyam Kollum (Şotlandiya)
Bakı. Olimpiya stadionu

Azərbaycan: Kamran Ağayev,  Bədavi Hüseynov, Rəşad Sadıqov (k), Arif Daşdəmirov,  Qara Qarayev, Rahid Əmirquliyev, Eddi İsrafilov, Maksim Medvedev, Əfran İsmayılov (Məhəmməd Mirzəbəyov, 90+1), Ruslan Qurbanov ( Erat, 74), Dmitri Nazarov

Ehtiyat oyunçular: Aqil Məmmədov,  Anar Nəzirov,Pavel Paşayev,  Ruslan Abışov, Tərlan Quliyev, Rəşad Sadiqov, Elvin Məmmədov, Rəhman Hacıyev, Elnur Cəfərov

İtaliya: Buffon (k), De Şilyo, Kyellini, Darmian, Bonuççi, Kandreva (Montoliva, 88), Veratti, Parolo, Pelle, Əl-Şaaravi ( Florensi,74), Eder

Ehtiyat oyunçular: Padelli, Sirigu, Barzaqli, Santon, Soriano, Bonaventura, Bertolaççi, Zaza, Qiovinco, Quagliarella

--------

22:43

Azərbaycan - İtaliya - 1:3

Qollar: Nazarov, 29 - Eder, 11, El Şaaravi, 42, Darmian, 64

21:57

Azərbaycan - İtaliya - 1:2 (Fasilə)
Qollar: 
Eder, 11 (0:1), Dmitri Nazarov, 31 (1:1), Stefan El-Şaaravi, 43 (1:2)
Baş hakim: Uilyam Kollum (Şotlandiya)
Bakı. Olimpiya stadionu

 

21:36

Azərbaycan - İtaliya - 1:1 (Birinci hissə)
Qollar: 
Eder, 11 (0:1), Dmitri Nazarov, 31 (1:1)
Baş hakim: Uilyam Kollum (Şotlandiya)
Bakı. Olimpiya stadionu

21:31

"Avro-2016"nın seçmə mərhələsi, 9-cu tur

H qrupu

21:00. Azərbaycan - İtaliya - 0:1 (Birinci hissə)
Qol: 
Eder, 11 (0:1)

21:05

10 oktyabr

"Avro-2016"nın seçmə mərhələsi, 9-cu tur

H qrupu

21:00. Azərbaycan - İtaliya - 0:0 (Birinci hissə)
Baş hakim: 
Uilyam Kollum (Şotlandiya)
Bakı. Olimpiya stadionu

Azərbaycan: Kamran Ağayev,  Bədavi Hüseynov, Rəşad Sadıqov (k), Arif Daşdəmirov,  Qara Qarayev, Rahid Əmirquliyev, Eddi İsrafilov, Maksim Medvedev, Əfran İsmayılov, Ruslan Qurbanov, Dmitri Nazarov

Ehtiyat oyunçular: Aqil Məmmədov,  Anar Nəzirov,Pavel Paşayev,  Ruslan Abışov, Tərlan Quliyev, Məhəmməd Mirzəbəyov, Rəşad Sadiqov, Elvin Məmmədov, Erat, Rəhman Hacıyev, Elnur Cəfərov

İtaliya: Buffon (k), De Şilyo, Kyellini, Darmian, Bonuççi, Kandreva, Veratti, Parolo, Pelle, Əl-Şaaravi, Eder

Ehtiyat oyunçular: Padelli, Sirigu, Barzaqli, Santon, Florensi, Soriano, Bonaventura, Montoliva, Beertolaççi, Zaza, Qiovinco, Quagliarella

20:28

Futbol üzrə milli komandamız bu gün növbəti oyununa çıxacaq.

Milli.Az apasport.az-a istinadən bildirir ki, yığmamız AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliya ilə qarşılaşacaq.

Görüş əsas millimizin tsikldə son ev oyunu olacaq. Qrupdakı son 4 matçında yenilməyən Robert Prosineçkinin yetirmələri heç vaxt xal ala bilmədiyi İtaliya qarşısında bir ilki reallaşdırmaq istəyir.

Qarşılaşma millimiz üçün qrupdakı mövqeyini yaxşılaşdırmaq baxımından da önəmli ola bilər. Belə ki, hesabında 6 xal olan əsas komandamız 4-cü yer uğrunda mübarizə apardığı Bolqarıstanə keçmək istəyirsə bu oyundan xal almalı, rəqibinin isə büdrəməsini gözləməlidir.

Görüşün Bakı Olimpiya Stadionunda keçiriləcək olması da qarşılaşmaya əlavə maraq qatır. Bu oyun 68 minlik arenada baş tutacaq ilk futbol matçı olacaq ki, millimiz "siftə"ni korlamamaq üçün əlindən gələni edəcək.

Yığmamızın müdafiəçisi Rəşad Sadıqov üçün yubiley - 100-cü qarşılaşmada komanda yoldaşları sürpriz edərək kapitana hədiyyə edə bilərlər.

AVRO-2016-nın seçmə mərhələsi

H qrupu

10 oktyabr

21:00. Azərbaycan - İtaliya

Baş hakim: Villyam Kollum (Şotlandiya)

Baş hakimin köməkçiləri: Damian Makqreyt (İrlandiya), Frensis Konnor (Fransa)

Əlavə hakim köməkçiləri: Robert Makden, Con Bitom (hər ikisi Şotlandiya)

Dördüncü hakim: Alastair Mater (Şotlandiya)

Hakim-inspektor: Marinus Kopman (Holalndiya)

UEFA nümayəndəsi: Aynar Leppanen (Finlandiya)

Bakı. Olimpiya stadionu

Azərbaycan: 1. Kamran Ağayev (q), 3. Bədavi Hüseynov, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov (k), 21. Arif Daşdəmirov, 2. Qara Qarayev, 8. Eddi İsrafilov, 13. Dmitri Nazarov, 19. Rahid Əmirquliyev, 22. Əfran İsmayılov, 10. Ruslan Qurbanov

Ehtiyat oyunçular: 12. Aqil Məmmədov (q), 23. Anar Nəzirov, 4. Pavel Paşayev, 15. Ruslan Abışov, 16. Tərlan Quliyev, 20. Məhəmməd Mirzəbəyov, 6. Rəşad Sadiqov, 9. Elvin Məmməmdov, 11. Tuğrul Erat, 17. Elnur Cəfərov, 18. Rəhman Hacıyev

Baş məşqçi: Robert Prosineçki

İtaliya: 1. Canluici Buffon (q)(k), 2. Mattia de Siqlio, 3. Giorgio Kyellini, 4. Matteo Darmian, 19. Leonardo Bonuççi, 6. Antonio Kandreva, 10. Marko Veratti, 16. Marko Parolo, 9. Qraziano Pelle, 14. Stefen El Şaaravi, 17. Eder

Ehtiyat oyunçular: 13. Daniele Padelli (q), 12. Salvatore Siriqu (q), 15. Andrea Barzaqli, 22. David Santon, 5. Alesandro Florenzi, 8. Roberto Soriano, 11. Ciakomo Boneventura, 18. Rikardo Montelivo, 21. Andrea Bertolaççi, 7. Simone Zaza, 20. Sebastian Ciovinko, 23. Fabio Qvaqliarella

Baş məşqçi: Antonio Konte.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.