İdman

Ruslan Abışov ad günündə qol vurmaq istəyir

10 Oktyabr 2015 14:23
2 Şərh     Baxış: 750
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Azərbaycan milli komandasının və "Qəbələ" futbol klubunun müdafiəçisi Ruslan Abışovın doğum günüdür.

Onun 28 yaşı tamam olur.

Goal.az xəbər verir ki, Ruslan Abışov ad günündə İtaliyanı məyus etməyi arzulayır.

O, sosial şəbəkədə bu haqda yazıb: "Bu ad günümdəki arzum doğma azarkeşlər qarşısında İtaliyanı məyus etməkdir. Uzun müddətdir ki, milli formada fərqlənmirəm".

Ruslan Abışov indiyədək "Neftçi Bakı", "Xəzər Lənkəran", "Rubin Kazan" klublarının heyətində çıxış edib. 2011, 2012-ci illərdə Azərbaycan çempionu olan futbolçu 2012-ci ildə Azərbaycanda "ilin futbolçusu" seçilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.