İdman

Millimiz İtaliyaya qarşı

10 Oktyabr 2015 09:12
8 Şərh     Baxış: 1 442
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Avro-2016"nın seçmə mərhələsində 9-cu turun oyunları  davam edir.

Qol.az-ın məlumatına görə, H qrupuda mübarizə aparan milli komandamız da bu gün növbəti matçına çıxacaq.

Robert Prosineçkinin rəhbərlik etdiyi yığmamız Bakıda İtaliya millisini qəbul edəcək.

Dördqat dünya çempionu bugünkü matçın favoriti hesab olunur. Ancaq Prosineçkinin gəlişindən sonra ardıcıl dörd oyunda məğlub olmayan komandamız bu görüşdə də ən azı heç-heçə üçün mübarizə aparacaq.

Bakıda Xorvatiya millisindən xal almağı bacaran yığmamız  "Skuadra Adzurra"nı da əliboş yola salmağa çalışacaq. Onu da qeyd edək ki, bu oyun İtaliya millisi üçün çox əhəmiyyətlidir. Rəqib qələbə qazansa,  Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edəcək.

Millimiz indiyədək İtaliya yığması ilə üç dəfə qarşılaşıb və hər birində uduzub.

Bakı Olmpiya stadionunda keçiriləcək oyun saat 21:00-da başlayacaq.

10 oktyabr

"Avro-2016"nın seçmə mərhələsi, 9-cu tur

H qrupu

21:00. Azərbaycan - İtaliya
Baş hakim: Uilyam Kollum (Şotlandiya)
Bakı. Olimpiya stadionu

Komanda O Q H M TF X
İtaliya 8 5 3 0 11-5 18
Norveç 8 5 1 2 10-8 16
Xorvatiya 8 4 3 1 16-5 15
Bolqarıstan 8 2 2 4 7-9  8
Azərbaycan 8 1 3 4 6-13  6
Malta 8 0 2 6 3-13  2

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.