İdman

"Fənərbağça"nın prezidenti bəraət alıb

10 Oktyabr 2015 00:15
2 Şərh     Baxış: 840
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Fənərbağça" İdman Klubunun prezidenti Əziz Yıldırım ona qarşı irəli sürülən bütün ittihamlardan bəraət alıb.

APA-nın "Haberler.com"-a istinadən verdiyi məlumata görə, Türkiyədə danışılmış oyunlarla əlaqədar məhkəmə prosesi müttəhimlərin bəraət alması ilə nəticələnib.
 
Bundan əvvəl dövlət ittihamçısı "Fənərbağça" prezidenti də daxil olmaqla bütün müttəhimlər barədə bəraət qərarının verilməsini istəmişdi.
 
Qeyd edək ki, "Fənərbağça" prezidenti Əziz Yıldırım ilə yanaşı "Fənərbağça" menecerləri Əli Yıldırım, Şekib Mosturoğlu, İlhan Əkşioğlu, Beşiktaş keçmiş meneceri Sərdal Adalı, Beşiktaş futbol klubunun keçmiş prezidenti Tayfur Havutçu, "Sivasspor" prezidenti Məcnun Odyakmaz, futbolçular İbrahim Akın, Korjan Çelikayında aralarında olduğu bütün müttəhimlər barəsində bəraət qərarı verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.