İdman

"Hər kəs qrupdan çıxmağın çətin olacağından danışırdı"

9 Oktyabr 2015 19:16
0 Şərh     Baxış: 544
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kriştianu Ronaldonun liderlik etdiyi Portuqaliya millisi seçmə mərhələnin bitməsinə 1 oyun qalmış Avropa çempionatına birbaşa vəsiqəni təmin edib.

Pireneylilər buna Danimarka üzərində qazanılan minimal hesablı qələbə sayəsində nail olublar.

Goal.az xəbər verir ki, matçdan sonra Portuqaliyanın baş məşqçisi Fernandu Santuş bunları deyib:

"Bu uğurda futbolçuların böyük xidməti var. Bütün oyunçular milli komandaya kömək etməyə çalışır. Bu amil Avropa çempionatının final mərhələsinə vəsiqənin qazanılmasında aparıcı rol oynadı. Fransada yaşayan portuqalların sayəsində turnir bizim üçün gözəl keçəcək. Komandaya baş məşqçi gələndə hər kəs qrupdan çıxmağın çətin olacağından danışırdı. İndi bu, asan görünür. Amma heç də belə deyil. Bu komanda bütün qarşılaşmalarda qələbəyə oynadı. Futbolçular rəqibə yüksək pressinqlə təzyiq göstərməyə çalışdı və yaxşı hücumlar təşkil etdilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.