İdman

Benzema Viltoru geridə qoydu

9 Oktyabr 2015 20:38
0 Şərh     Baxış: 633
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AVRO-2016-ya ev sahibliyi edəcək Fransa yoldaşlıq oyununda qüvvəsini sınayıb. Fransızlar Ermənistan yığmasını darmadağın edib -4:0. Bu oyun rəqib qapısından 2 top keçirən Kərim Benzema üçün əlamətdar olub.

Goal.az xəbər verir ki, hücumçu milli komandanın heyətində 27-ci qolunu vurmaqla Silven Viltoru (26 qol) geridə qoyub. Bununla da, Benzema millinin bombardirlər cədvəlində 8-ci yerə yüksəlib.

Benzemadan öndə olan futbolçular bunlardır:
1. Tyerri Anri - 51 qol
2. Mişel Platini - 41 qol
3. David Trezeqe - 34 qol
4. Zinəddin Zidan - 31 qol
5. Jüst Fonten - 30 qol
6. Jan Pyer Papen - 30 qol
7. Yuri Corkayeff - 28 qol

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.