İdman

"Qvardiolaya dedim ki..."

7 Oktyabr 2015 21:40
1 Şərh     Baxış: 968
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ser Aleks Ferqyusson 2013-cü ildə təqaüdə çıxdığı zaman öz davamçısı kimi Devid Moyesi "Manchester United"in baş məşqçi postuna gətirmişdi. Lakin bu vəzifədə cəmi 9 ay davam gətirən Moyes klub tarixində bəzi anti-rekordların da "memarı" oldu. Milli.Az goal.az-a istinadən xəbər verir ki, buna baxmayaraq, Ferqyusson, hələ də seçimində səhv etmədiyini düşünür.

"Moyesin "United"ə baş məşqçi təyin olunması həmin şəraitdə ən yaxşı qərar idi. Düzgün mütəxəsisi seçmişdik. Devid "Everton"da gözəl işləmişdi. Təəssüf ki, Moyesdə alınmadı. Bəziləri iddia edir ki, Moyesə yaşlı heyət buraxmışdım. Amma həmin mövsüm 11 xal fərqlə çempion olmuşduq. Komandamın orta yaş göstəricisi həmişə 27-28 olub. Qleyzer qardaşları və Devid Hill də onun təyinatında müəyyən rol oynadı. Tək bir nəfər "United"in taleyini həll edə bilməzdi. Klub rəhbərliyində peşəkarlar əyləşib. Qleyzer qardaşları və Devid Hill nə etdiyini bilir. 2012-ci ilin sentyabrında Pep Qvardiola ilə şam etdim. Həmin vaxt karyeramı başa vurmaq istəmirdim. Qvardiolaya dedim ki, mənə zəng etsin. O, əlaqə saxlamadı. Sonra isə "Bavariya"ya getdi. Mourinyo "Chelsea"yə, Ançelotti "Real"a getməyə hazırlaşırdı. Klopp "Borussia" ilə yeni müqavilə imzalamışdı. Van Qaal isə Hollandiya millisini çalışdırırdı".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.