İdman

"Qalatasaray" intizamsızlığı bağışlamayacaq

7 Oktyabr 2015 21:17
1 Şərh     Baxış: 1 251
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qalatasaray" rəhbərliyi futbolçuların intizamsız hərəkətlərinə qarşı ciddi tədbirlər görmək niyyətindədir. Futbolçuların, xüsusilə əvəzlənərkən baş məşqçi Hamza Hamzaoğluna qarşı narazı jestləri, rəhbərlik və texniki heyətə qarşı tənqidi fikirlərinə qarşı inzaibati cəzalar tətbiq olunacaq. Goal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, italyan və ingilis klublarındakı pul cərimələrini araşdıracaq "Cim bom"un məsul şəxsləri intizamsızlığı davam etdirən futbolçunu əvəzedici komandaya göndərəcək. Eyni hal 3-cü dəfə təkrarlansa, həmin futbolçu heyətdən uzaqlaşdırılacaq.

Qeyd edək ki, son olaraq Çempionlar Liqasında keçirilmiş "Astana" - "Qalatasaray" matçında əvəzlənən Podolski qəzəbini texniki zonada olan su səbətini təpiklə vurmaqla soyutmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.