İdman

İngiltərə millisinin futbolçusu xanımı ilə birgə qarət olunub

7 Oktyabr 2015 12:34
0 Şərh     Baxış: 779
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə milli komandası və "Everton" klubunun futbolçusu Tom Kleverli qarət olunub.

"Report"un "Daily Mail"ə istinadən verdiyi məlumata görə, 26 yaşlı yarımmüdafiəçinin 175 min funt-sterlinq məbləğində əmlakını ələ keçiriblər.

İnsident ötən həftənin sonlarında baş verib. Bəd niyyətlilər onu və həyat yoldaşı Corcina Dorsetti beysbol bitaları ilə hədələyərək, iki avtomobilini, dizayner çantalarını, saat və zinət əşyalarını aparıblar. Kleverli və Dorsett fiziki xəsarət almasalar da, 2 yaşlı qızlarına görə həyəcan keçiriblər.

Hadisə ilə bağlı polis araşdırma aparır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.