İdman

Messinin atasını 18 ay həbs gözləyir

6 Oktyabr 2015 23:59
1 Şərh     Baxış: 1 495
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2007-2009-cu illərdə 4,1 milyon avro vergidən yayınmaqda ittiham olunan "Barselona"nın futbolçusu Lionel Messi və atasının məhkəməsi davam edir.

Milli.Az futbolinfo.az-a istinadən xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Belə ki, Messinin günahsız olduğunu bildirən məhkəmə, vergidən yayınmaq məsələsində futbolçununun şirkətlərinin idarə heyətini və mühasibat hesablarını aparan Xorxe Messini günahkar hesab edir. Prokuror Xorxe haqqında 18 aylıq cəza istəyib.

Qeyd edək ki, Messinin vergidən yayınması barədə iş açılanda Messi iddia edilən məbləği faizi ilə birlikdə ödəsə də məhkəmə hələ də davam edir.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.