İdman

"Koutinyo "Liverpul"dan gedə bilər"

5 Oktyabr 2015 08:24
0 Şərh     Baxış: 859
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

David Luiz milli komanda yoldaşı Filippe Koutinyonun "Liverpool"dakı gələcək taleyi haqqında fikir bildirib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, braziliyalı müdafiəçi 23 yaşlı həmyerlisinin "qırmızılar"ı tərk etmə ehtimalını istisna etməyib.

"Koutinyo bu mövsüm Çempionlar Liqasından kənarda qalan "Liverpul"dan getməməyi qərara aldı. Fikrimcə, növbəti mövsüm belə qərar verməyəcək. Güclü futbolçu ən yaxşı klublarda oynamalıdır. Koutinyo hazırda İngiltərə çempionatında ən yaxşı yarımmüdafiəçidir. Bu səviyyədə oynayanda böyük klubların diqqətini cəlb edirsən. "Liverpul" bu mövsüm Çempionlar Liqasına çıxa bilməsə, Filippenin gələn yay Avropada ən tələbatlı futbolçu olacağına əminəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.