İdman

Azərbaycan gimnastı Tokioda "AEON Cup - 2015"in bürünc medalını qazanıb - FOTO

4 Oktyabr 2015 19:43
Baxış: 829
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oktyabrın 4-də Tokioda bədii gimnastika üzrə "AEON Cup - 2015" klublararası dünya çempionatı başa çatıb.

Ənənəvi çempionatda 23 klub iştirak edib. Hər bir komanda üç gimnast, o cümlədən iki senyorka və bir yuniorka ilə təmsil olunub.

Yarışmanın yekunlarına görə, Azərbaycanın Marina Durunda, Ayşən Babayeva Jalə Piriyevadan idarət "Ocaq Sport Club" komandası beşinci yeri tutub. Rusiyanın "Qazprom" komandası birinci, Ukraynanın "Deryuginlər məktəbi" komandası ikinci, Belarusun "Dinamo" komandası isə üçüncü yerdə qərarlaşıblar.

Bu dəfəki çempionatda da fərqlənən yuniorka Jalə Piriyeva bürünc medal qazanıb. O, ip, halqa, top və gürz ilə yaddaqalan çıxışlarına görə hakimlərdən yüksək ballar alıb.

Milli.Az -a bildirir ki, yarışdan sonra təəssüratlarını AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri ilə bölüşən gimnastlarımız Gündoğar ölkədəki həmyerlilərimizə göstərdikləri dəstəyə görə minnətdarlıqlarını bildiriblər. Jalə Piriyeva isə vurğulayıb ki, belə mötəbər yarışda yüksək yer tutması onu çox sevindirir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.