İdman

Millimiz dünya üçüncüsü oldu - FOTO

4 Oktyabr 2015 12:45
0 Şərh     Baxış: 830
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənubi Koreyanın Munqyeonq şəhərində VI Hərbi Dünya Oyunlarının ilk yarış günü keçirilib. 56 komandanın qatıldığı cüdo komanda yarışlarında Azərbaycanın cüdo üzrə hərbçi idmançılarımızdan ibarət kişi yığması bürünc medal qazanaraq, VI Hərbi Dünya Oyunlarının üçüncüsü olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oktyabrın 3-də keçirilən yarışlarda Azərbaycan cüdo komandası Səudiyyə Ərəbistanı, Qətər və Əlcəzair idmançılarını 5-0 hesabı ilə məğlub edib. Komandamız dünya çempionu Braziliya komandasına məğlub olaraq üçüncü yerə çıxıb.

120 dövlətdən təxminən 8.100 idmançının iştirakı ilə 24 idman növündə keçirilən VI Hərbi Dünya Oyunlarına Azərbaycan boks, cüdo, taekvondo və güləş idman növlərində iştirak edir. Hərbi idmançılarımız bu gün boks yarışları ilə çempionata davam edəcəklər.

Hərbçilərin Dünya Oyunlarında yığma komandamızı Vüqar Şirinli (60 kq), Nicat Şıxəlizadə (66 kq), Hüseyn Rəhimli (73 kq), Tural Safquliyev (90 kq) və Elmar Qasımov təmsil edirlər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.