İdman

"Ümid edirəm ki, onun bu hərəkəti italyan futbolunu təhqir deyil"

4 Oktyabr 2015 11:43
0 Şərh     Baxış: 617
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliya futbolunun əfsanəvi müdafiəçisi Paolo Maldini həmyerlisi Buffonun "Qızıl top"a namizədlərin siyahısına daxil edilməməsinə etirazını bildirib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Maldini Bravo Ospina kimi qapıçıların siyahıda yer almasını təəccüblə qarşıladığını gizlətməyib.

"Siyahıda olan digər adları gördükdən sonra təəccübümü gizlədə bilmədim. Həqiqətən, belə şey necə ola bilər? Bu seçimi hansı parametrlər əsasında ediblər, başa düşmədim. Absurddur. Orada elə futbolçular var ki, istisnasız məşhur sima olduğu üçün siyahıdadır. Amma "Cici"yə xidmətlərinə görə siyahıda yer verilməli idi. 38 yaşında olsa da, dünyanın ən güclü 3 qapıçısından biridir. Qəbul edirəm, Noyer və Kurtua daha yaxşıdır. Amma Bravo, Ospina? Onlar Buffonun Çempionlar Liqası finalında Dani Alveşin zərbəsinə göstərdiyi reaksiyadan xəbərdardırlar? Təəssüf ki, bu mükafat FİFA tərəfindən təqdim olunur. Bu səbəbdən nə olacağını əvvəldən deyə bilmirik. "France Football" bu mükafatı təqdim edəndə də qəribəliklər olurdu. Amma indiki kimi yox. "Qızıl top" namizədlərinin hansı klublar və federasiyaların marağını əks etdirəndə etibarlılıq itirilir. Blatterin 2006 mundialının kubokunu təqdim etməkdən boyun qaçırmasını hələ də unutmamışam. Ümid edirəm ki, onun bu hərəkəti italyan futbolunu təhqir deyil. Sadəcə müasir FİFA-da "normal" prosedurdur. Orada daha pis hallar qeydə alınıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.