İdman

Bakıda kişi idman gimnastikası üzrə qaliblərin mükafatlandırma mərasimi keçirilib - FOTO

3 Oktyabr 2015 19:23
Baxış: 489
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oktyabrın 3-də Milli Gimnastika Arenasında kişi idman gimnastikası üzrə 22-ci Bakı çempionatı və birinciliyinin qaliblərin mükafatlandırma mərasimi keçirilib.

Trend-in məlumatına görə, yarışlarda Bakı Gimnastika Məktəbi, "Ocaq" və "Neftçi" idman klubları, Respublika Olimpiya İdman Liseyinin yetirmələri, həmçinin Sumqayıt və Balakən təmsilçiləri iştirak edirlər.

Sözügedən turnir böyük gimnastlar üçün 23 oktyabr-1 noyabr tarixlərində Qlazqoda (Böyük Britaniya) keçiriləcək Dünya Çempionatı öncəsi sonuncu yarışdır. Qlazqoda Rio-de-Janyero Olimpiadasına lisenziyalar da oynanılacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.