İdman

Akrobatika gimnastikası üzrə 22-ci Bakı çempionatı başa çatdı - FOTO

5 Sentyabr 2015 15:31
Baxış: 1 424
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı Gimnastika Məktəbində (BGM) akrobatika gimnastikası üzrə 22-ci Bakı çempionatı başa çatıb. Trend-in məlumatına görə, yarışlarda Bakı Gimnastika Məktəbi, "Neftçi" idman klubu və Bakının Nizami rayonunun İdman Məktəbini təmsil edən 36 gimnast iştirak edib.

Yarışların yekunu üzrə 11-16 yaş kateqoriyasında birinci yeri "Neftçi" klubunun qadın cütlüyü (Əzizə Quliyeva və Zamira Rzayeva) tutub.

12-18 yaş kateqoriyasında birinci yeri "Neftçi"nin qadın cütlüyü (Ceyla Zəkiyeva və Mina Beydiyeva), ikinci yeri Səfiyə Babayeva və Nərgiz Heybətova ("Neftçi" klubu), üçüncü yeri isə Valeriya Yazmina və Ləman Məmmədova (BGM) tutublar.

Kişi cütlüklərində 12-18 yaş kateqoriyasında birinci yeri Seymur Cəfərov və Murad Əkbərov (BGM), ikinci yeri Seymur Babayev və Bəxtiyar İbrahimov (Nizami rayon İdman Məktəbi), üçüncü yeri isə Rəşid Abbasov və Daniel Abbasov (BGM və "Neftçi) qazanıblar.

Qarışıq cütlüklərdə 12-18 yaş kateqoriyasında birinci yeri Nurcan Cabbarlı və Ağasif Rəhimov (BGM), ikinci yeri Abdullah əl-Maşayxi və Ruhidil Qurbanlı (BGM), üçüncü yeri isə Zəhra Əliyeva və Müşfiq Məmmədov (BGM) tutublar.

Qadın cütlüyündə 11-16 yaş kateqoriyasında birinci yeri Ləman Zeynalzadə, Ayla Zakiryayeva və Səmra Əsgərzadə ("Neftçi" klubu) tutub.

Yuxarı yaş kateqoriyasında isə birinci yeri Nərmin Ramazanova, Aynur Hüseynova və Lalə Hüseynova (BGM) tutublar.

Finalçılara hədiyyə və mükafatlar təqdim edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.