İdman

Terim: "Qələbədən başqa çarəmiz yox idi"

4 Sentyabr 2015 18:51
0 Şərh     Baxış: 1 190
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə milli komandasının baş məşqçisi Fatih Terim "ay ulduzlular"ın Latviya ilə 1-1 hesablı bərabərliyə razılaşdığı matçdan sonra fikirlərini bölüşüb.

Goal.az xəbər verir ki, Terim hakimliklə bağlı iradını da bildirib.

"Açıqlama çox sadədir. Belə oyunlarda 2 top fərqi ilə önə keçməsəz, qalib gəlmək çətindir. Erkən qol vursanız, problem yoxdur. Amma son dəqiqələrdə panika, geri çəkilmə qaçılmazdır. Türkiyə müdafini yaxşı bacaran komanda deyil. Buna qarşı tədbir görsək də, qollar buraxmaqda davam edirik. Hollandiya öz meydanında məğlub oldu. Bundan istifadə etmədik, bizə yaraşmadı. Burakın rəqib qapıçı ilə təkbətək çıxdığı epizodda offsayd qərarı verildi. Amma oyundan kənar vəziyyətdən söhbət gedə bilməzdi. Türk hakimlərini hər kəs tənqid edir. UEFA bu günkü referi ilə nə edəcək, görəsən? Belə oyunlara bu səviyyədə hakimlər təyin edilməməlidir. Səhvləri 4-cü hakimə də söylədim. Çexiya ilə oyunda da isveçli hakimə görə uduzduq. Türkiyə millisi yaxşı oynadı. Qələbədən başqa çarəmiz yox idi. Stadiona gələn zarkeşlər futboldan həzz aldılar. Kaş ki, onlara qələbə sevinci bəxş edə biləydik. Konya əhalisinə təşəkkür edirəm. Bazar günü yenə cəhd edəcəyik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.