İdman

"Messi kimi oyunçu tapmaq qeyri-mümkündür"

4 Sentyabr 2015 18:39
Baxış: 1 114
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona"nın idman direktoru Robert Fernandez klubun Messinin heç vaxt satmayacağını bildirib.

Goal.az xəbər verir ki, Fernandez "Mundo Deportivo" nəşrinə açıqlamasında argentinalı futbolçunun misilsiz oyunçu olduğunu qeyd edib.

"Messi karyerasının sonuna kimi "Barcelona"da oynayacaq. Təəssüf ki, o, əbədi oynaya bilməz. Amma Messinin geridə qalan uğurlarda böyük xidmətləri var. İrəlidə hələ çox vaxt var. İnsanların yaşlandıqca müəyyən xüsusiyyəti itirməsi təbiidir. Lakin Messi baxımlı oyun göstərmək üçün çox ağıllı futbolçudur. Bu istedad onda var. Leo kimi başqa oyunçu tapmaq qeyri-mümkündür. Onun etdiklərini əvvəl heç kim etməmişdi. Statistikaya, qollara, titullara, oyunların sayına baxın...Bundan sonra onun əlçatmaz olduğunu anlayacaqsınız. O, şən və sakit insana bənzəyir. Birini tanımayanda uzaqdan görünüşünə görə fikir yürütmək olur. Futbolçu topla hara və necə qaçmağı bilməlidir. Biz qeyri-adi kateqoriyaya aid olan futbolçu haqqında danışırıq. Elə futbolçular var ki, onlara nə etməyi sən deyirsən. Elələri də var ki, nə edəcəyini özü bilir. Messi oyunda hər şeyə özü qərar verir. Messi- Suarez- Neymar triosunun uzun gələcəyi var. Hər biri kifayət qədər gəncdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.